Böhran dövründə yeni vergi növlərinin tətbiqi


Baxıldı : 203

Tarix : 2016-01-23 11:26:00


İqtisadçı Qalib Toğrul bildirib ki, iqtisadi böhran vergidən yayınma hallarının artmasına səbəb olur, daha doğrusu, ağır iqtisadi şərait vergidən yayınmanı, korrupsiyanı bir növ təşviq edir. Bu cür xoşagəlməz hallardan qaçmağın yolları müxtəlif tədbirlər vasitəsilə vergi yükünü yüngülləşdirlməklə yanaşı, vergi inzibatçılığının təkmilləşdirilməsi, verginin hesablanması, ödənilməsi sisteminin və hesabatlılığın sadələşdirilməsidir.Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra bəzi sahələr üzrə (məsələn, ictimai iaşə, ticarət, bina tikintisi) fəaliyyət göstərən vergi ödəyicilərinə vergi ödəmə formasını seçmə imkanı yaradılıb. Bu, müsbət dəyişiklik kimi qiymətləndirilməklə yanaşı, növbəti vergi islahatlarına hazırlıq kimi də qiymətləndirilə bilər.Hazırda tətbiq olunması vacib olan vergilərdən biri də sadələşdirilmiş verginin patent növüdür. Bu vergi fərdi sahibkarlar üçün nəzərdə tutulur. Sadə şəkildə desək, müəyyən fəaliyyət sahələri, məsələn, dərzi və gözəllik salonları, avtoservis, repetitor, küçə ticarəti, və sairə. Belə fəaliyyət sahələri üçün aylıq sabit vergi təyin olunur. Onlar istəklərindən asılı olaraq aylıq, rüblük, 6 aylıq və illik patent ala bilərlər. Verginin ödənilməsi müddəti bu şəkildə həyata keçirilə bilər: əgər patentin müddəti 6 aya qədərdirsə, o halda bütün vergi məbləği patent qüvvəyə minəndən etibarən 25 təqvim günü ərzində ödənilməlidir. Əgər patentin müddəti 6 ay və ondan çoxdursa, o halda vergi məbləğinin 1/3-dən çoxu ilk 25 təqvim günündə, yerdə qalan hissəsi isə patent müddətinin başa çatmasından ötən 30 təqvim günü ərzində ödənilməlidir və sair. Patent vergi növünü seçmiş vergi ödəyicilərinə kassa və mühasibat uçotundan istifadə tələbi olmur. Təbii ki, patent vergi növünü seçmək vergi ödəyicilərinin istəyi ilə olur. Onlar istəməsələr, vergi qanunvericiliyinin təklif etdiyi digər vergi ödəmə formasını seçə bilərlər. ELBRUS