Böhran çıxış yolu ola bilər?


Baxıldı : 257

Tarix : 2016-01-09 05:03:00


Neftin qiymətinin kəskin aşağı düşməsi, milli valyutanın devalvasiyası, insan resurslarının ixtisarı, büdcə problemləri, bütün bunlar iqtisadi böhranın tərkib hissələridir. Dünyada və ölkəmizdə baş verən son hadisələr insanlarımızı az da olsa təşvişə salıb. Bunu şəhərimizin küçələrində, mağazalarda, ictimai nəqliyyatda daha aydın hiss etmək olur. Görəsən, böhran zamanı inkişaf və artım mümkündürmü?Bu sualla müştəri xidmətləri, ünsiyyət, təqdimat bacarıqları üzrə korporativ təlimçi və \ KVAN - Hamının arzuladığı hiss\ kitabının müəllifi Coşqun Kərimova müraciət etdik. Dedi ki, hər bir şəxs inkişaf etmək və daxilində olan potensialı üzə çıxarmaq üçün aşağıdakı 7 suala cavab verməlidir.1. Hansı kompleksim var?2. Cəsarəti necə tapım?3. Mən kiməm?4. Mənim missiyam nədir?5. Hansı xəyallarım var?6. Hansı hədəflərim var?7. Qərarım nədir?Əlbəttə, bu sualları təkbaşına cavablandırmaq asan deyil, ancaq böhran vaxtı sizin bunu etmək üçün səbəbiniz yaranır. Böhran əslində bir çox insan üçün çıxış yolu faktoruna çevrilir. \ Rahatlığımızı\ və \ tənbəllik lyuksumuzu\ əlimizdən alır. Öz üzərimizdə daha çox işləməli oluruq. Fərqli fürsətləri dəyərləndirməyə başlayırıq. Dəyişirik və daha güclü oluruq. - Böhran zamanı ən yaxşı motivasiya iş yerinin mövcudluğudur. İş yerindən ixtisara düşən işçilərə nə məsləhət edə bilərsiniz?- Əslində KVAN kitabımda bu məqama toxunmuşam. İnsanlara elə gəlir ki, onların iş yeri daimidir. Buna arxayın olurlar. Ancaq böhranlar tez-tez olur, çünki iqtisadiyyat durğunluğu xoşlamır. Nəticədə minlərlə insan ixtisara düşür və həmin anda onlar anlayırlar ki, məhz bu işlərdə \ əvəzolunmaz\ deyillər. Bu, çox vacib məqamdır. Deməli, siz əvəzolunmaz olduğunuz sahəni, \ missiyanızı\ tapmalısınız. O sahəni ki, onu pulsuz şəkildə və həyatınızın sonuna kimi başqa insanlara ötürmək üçün istifadə edə biləsiniz. İxtisara düşmüş işçilər öz \ hobbilərinə\ və həqiqi \ sevgilərinə\ daha ciddi yanaşmalıdır. Məsələn, mən yazmağı sevirəm və bu işə ciddi yanaşmadığım dövrləri xatırlayıram. Ancaq indi sırf facebook yazılarım üzərindən müştəri və izləyici axınımı yığıram. Bu dövr bizə sevdiyimiz işdən qazanmaq şəraitini verir. SMM-sahəsinə (Social Media Marketing) və onlayn marketinqə ciddi tələbat var. Bu sahədə yeni kurslar və dərslər verilməyə başlanıb. - İnsanlar özünü və ya müəssisə rəhbərləri işçiləri iqtisadi böhran zamanı necə motivasiya edə bilər?- Müəssisələrə müştəri xidməti və satış təlimlərini verərkən ən çox iki sözü işlədirəm: hörmət və etibar. Rəhbərlər anlamalıdırlar ki, işçilər onlardan səmimi münasibət və hörmət gözləyir. Daxili ünsiyyət, xüsusilə belə dövrlərdə, daha güclü və səmərəli şəkildə qurulmalıdır. Bunun üçün \ səmimi toplantılar\ təşkil edib işçilərin əhvalını yaxşı edəcək tədbirlər görmək olar. Onlara ofis daxilində \ azad 1 saat\ vermək olar (məsələn, mütaliə və ya ekstra bir sahəni öyrənmək üçün). Hazırda işçilərin çıxılmaz vəziyyətdə olmasından istifadə etmək qeyri-etik münasibətdir. Peşəkar, perspektivli işçiləri itirməmək üçün onlara azad platform və öz sözlərini deyə biləcək layihələr həvalə edilməlidir. Bura KSM layihələri də daxildir. Ümumiyyətlə, böhran şirkətlər üçün \ qış dövrüdür\ və rəhbərlər qışda öz \ ailələri\ və \ işçi ailələriylə\ daha yaxından tanış olma və səmimi ab-hava yaratmaq şansı əldə edir. Bu şansı dəyərləndirmək lazımdır. Çünki \ yay\ gələndə başınız daha çox işə qarışacaq. Məqsədimiz mümkünsüzü mümkün etmək, mümkünü asan etmək, asanı da zərif və zövqlü etmənin yollarını tapmaqdır.Günel RAFAYILQIZI