Bələdiyyələrə qəbulla bağlı dəyişiklik


Baxıldı : 270

Tarix : 2015-02-07 13:30:00


Azərbaycanda bələdiyyə qulluğuna qəbul qaydaları dəyişdirilir.Bununla bağlı Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında \ Bələdiyyə qulluğu haqqında\ qanuna yeniliklər müzakirəyə çıxarılıb.Layihəyə əsasən, qanunun 5-ci maddəsinin ikinci hissəsində \ bələdiyyənin sədri birbaşa təyin edir\ sözləri \ bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir\ sözləri ilə əvəz edilib.Komitənin sədri Arif Rəhimzadə dəyişikliyi şərh edərək bildirib ki, bununla artıq bələdiyyə orqanına qəbulla bağlı qərarı bələdiyyə sədri verməyəcək, yeni yaradılacaq komissiya verəcək. O, qeyd edib ki, bu düzəliş bələdiyyələrdə şəffaflığın artırılmasını və bələdiyyələrlə seçicilər arasında əlaqələrin daha da möhkəmləndirilməsini təmin edəcək.Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.A.MUSTAFAYEV