Bölgələrdən paytaxta\ adlı yeni layihə


Baxıldı : 466

Tarix : 2015-02-14 04:32:00


Fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə \ Bölgələrdən paytaxta\ adlı yeni layihənin təqdimatı olub.Layihə çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə ilk tədbir Masallıya həsr edilib. Əvvəlcə tədbir iştirakçıları Masallı rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb.Nazir vurğulayıb ki, ölkənin qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədi ilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının \ Bölgələrdən paytaxta\ adlı mədəni tədbirləri təşkil olunacaq. Yeni layihə kimi onun icrasına start verilir. Bu təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verəcək.Bildirilib ki, bu layihə yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsinə səbəb olacaq.Sonra tədbir \ Masallı incəsənət ustaları\ adlı konsert proqramı ilə davam edib.