Bürünc medal qazanıb


Baxıldı : 200

Tarix : 2016-01-30 04:21:00


İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə və gənc cüdoçular arasında 21-ci \ Alpe Adria\ beynəlxalq turniri keçirilib.Müxtəlif ölkələrdən 988 cüdoçunun mübarizə apardığı yarışda respublikamız gənclərdən ibarət milli komanda ilə təmsil olunub. Azərbaycan cüdoçuları mötəbər turnirdə 9 medal ( üç qızıl, iki gümüş və dörd bürünc) qazanıblar.\ Zenit\ İdman Cəmiyyətinin yetirməsi Kəramət Hüseynov da fərqlənən idmançılar arasında olub. 55 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bürünc medala sahib olub. Onun qazandığı qələbədə məşqçisi Emin Fətullayevin böyük xidmətləri var.Qeyd edək ki, K.Hüseynovun da təmsil olunduğu Azərbaycan ümumi komanda hesabında \ Alpe Adria\ turnirini birinci yerdə başa vurub.Azər MUSTAFAYEV