İşə bərpa olunmalıdırlar


Baxıldı : 237

Tarix : 2015-02-07 13:47:00


\ İsrail Chemicals Ltd\ (İCL) şirkətinə məxsus \ Tarkovot brom\ kimyəvi birləşmələr fabrikinin işçiləri fevral ayının əvvəlində ixtisar planına etiraz edərək tətilə çıxıblar. Şirkət istehsalın yenidən qurulması çərçivəsində 140 əməkdaşını işdən azad edib və bu, işçilərin narazılığına səbəb olub.Tətilin təşəbbüskarı olan Histadrut Ümumİsrail Həmkarlar İttifaqı Konfederasiyasından bildiriblər ki, bir neçə ay bundan əvvəl ixtisarların qarşısını almaq məqsədi ilə Hİ şirkətə 70 nəfərin vaxtından əvvəl pensiya çıxarılması təklifini etsə də, rədd cavabı alıb. \ Tarkovot brom\ un həmkarlar ittifaqı nümayəndələri sərəncamın ləğv edilib işçilərin yerinə qayıtmadığı halda, aksiyanı davam etdirəcəklərini qeyd ediblər.Elçin ZAKİRİ