Bətndə musiqi oxuyurlar


Baxıldı : 271

Tarix : 2015-10-09 02:07:00


İspan alimlər fenomenal araşdırma aparıblar. Onlar müəyyənləşdiriblər ki, ana bətnindəki körpə 14 həftəliyindən etibarən səsləri duymaqla yanaşı, musiqini də ayırd edə bilir.İspaniyanın Barselona şəhərindəki Markes İnstitutunda aparılan araşdırmada könüllülər qismində hamiləliyin 14-39-cu həftələrində olan qadınlar iştirak ediblər.Onların olduqları otaqda musiqi səslənib. Bu zaman xanımlar növbə ilə, ayrı-ayrılıqda ultrasəs müayinəsinə məruz qalıblar.Məlum olub ki, hamilə qadınların 87 faizinin bətnindəki körpələr musiqi səsini eşidir, musiqiyə reaksiya verirlər.Üstəlik, bir neçə körpə musiqini eşidəndə oxumağa başlayıb.CAVİD