B. Vahabzadə Qırğızıstanda anıldı


Baxıldı : 265

Tarix : 2015-11-14 01:45:00


Qırğızıstanda görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub. Tədbir TÜRKSOY-un, Azərbaycanın Qırğızıstandakı Səfirliyinin, Qırğızıstanın Milli Kitabxanasının və Qırğız Xalqı Assambleyasının təşəbbüsü ilə baş tutub. Mərasimdə Qırğızıstanın hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri iştirak ediblər.Tədbirin əvvəlində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş \ Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri\ adlı kitabının təqdimat mərasimi ilə əlaqədar sərgi keçirilib. CAVİD