Bəzi məs...


Baxıldı : 361

Tarix : 2016-04-08 04:19:00


Bəzi məsələlərin aydınlaşdırılmasında bizə kömək etməyinizi xahiş edirik.1. Əməkhaqqımızı Biləsuvar Rayon Təhsil Şöbəsinin mühasibatlığı hesablayır, yəni bir iş yerimiz var, saathesabı dediyimiz dərsləri isə əvəzçilik qaydası ilə hesablayırlar. Bu nə qədər qanuna uyğundur?2. Qanunvericiliyə görə, bir rəhbəri (rayon təhsil şöbəsinin müdiri), bir baş mühasibi (rayon təhsil şöbəsinin baş mühasibi) olan təhsil müəssisələrində saathesabı deyilən dərslər 2-ci iş yeri qaydasında hesablana bilərmi? Əgər hesablanarsa, əmək qanunvericiliyinin hansı maddəsinin hansı bəndinə əsasən?Ramiz BULUDOV,Biləsuvar rayonu.- \ Təhsil, təlim-tərbiyə müəssisələrində rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı, ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında\ Normalara əsasən, təhsil müəssisələrinin işçiləri tutduqları vəzifə ilə yanaşı, öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla, başqa təlim-tərbiyə müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə, saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər.Həmin Normalara əsasən, əsas iş yerində saathesabı tədris edilən dərslərin hər saatının dəyəri dərsi tədris edən şəxsin təhsili və pedaqoji stajı əsasında müəyyənləşdirilən aylıq əməkhaqqı stavkasına uyğun hesablanıb ödənilir.Başqa təlim-tərbiyə müəssisələrində saathesabı tədris edilən dərslərin saatının dəyəri isə müvafiq qaydada təsdiq olunmuş saathesabı əməyin ödənilməsi məbləğləri əsasında verilir.Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi isə Əmək Məcəlləsinin 163-cü maddəsinin birinci hissəsinə əsasən, əmək şəraiti nəzərə alınmaqla, faktiki yerinə yetirilən işə görə ödənilir.\ Xaçmaz Elektrik Stansiyası\ MMC-də mühasib vəzifəsində işləyirəm. 2015-ci il oktyabrın 10-da 60 yaşım tamam olduğu üçün təqaüdə çıxmışam. Müdiriyyət mənə ərizə yazıb işdən çıxmağı təklif edib. Əmək müqaviləmin müddətsiz bağlanılmasına baxmayaraq, məni işdən çıxara bilərlərmi?Rəfiqə MƏMMƏDOVA,Xaçmaz rayonu.- Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər ki, bu əsaslar aşağıdakılardır:a) tərəflərdən birinin təşəbbüsü;b) əmək müqaviləsinin müddətinin qurtarması;c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;d) tərəflərin iradəsindən asılı olmayan hallar;e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.Qanunvericiliyin tələbindən göründüyü kimi, pensiya yaşına çatması ilə əlaqədar işçi ilə əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmamışdır. Ərizə yazıb işdən çıxmaq işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir ki, bu da Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuşdur. Lakin sualınızdan məlum olur ki, Siz öz təşəbbüsünüzlə işdən çıxmaq istəmirsiniz, bu, müdiriyyətin təklifidir. Əmək müqaviləsinə bu qaydada xitam vermək əmək qanunvericiliyinə zidd hərəkətdir. Qeyd etdiyiniz maddənin 7-ci hissəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.2 suala aydınlıq gətirməyinizi xahiş edirəm:1) Ali hüquq təhsili olmayan şəxs notarius fəaliyyəti ilə məşğul ola bilərmi?2) Ali hüquq təhsili olan, lakin əvvəllər məhkum olunmuş şəxs notarius ola bilərmi?Şəmsi NƏSİBLİ,Bakı şəhəri.-1) Notariat fəaliyyəti ilə məşğul olmaq üçün ali hüquq təhsili tələb olunur. \ Notariat haqqında\ qanunun 3-cü maddəsinə əsasən, dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir vətəndaşı ali hüquq təhsilli olmalı, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalıdır. Bu tələblərə malik olan və notarius fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs şəhadətnamə almalıdır.2) Lakin bəzi şəxslər ali hüquq təhsilli olsa da, notarius fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanun bu şəxslərin dairəsini müəyyən etmişdir. Yuxarıda qeyd etdiyiniz maddəyə əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz.Həmkarlar ittifaq təşkilatı ilə \ Razılaşdırılma\ qrifi müdiriyyətin əmrinin hansı yuxarı küncündə yerləşdirilməlidir?E. ƏSGƏROV,Naxçıvan şəhəri.- Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar Əmək Məcəlləsinin 80-ci maddəsi ilə tənzimlənir.Qanunvericiliyə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə (Əmək Məcəlləsinin 70-ci maddəsinin \ b\ bəndi) və işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud qanunvericilikdə sadalanan hallarda (Əmək Məcəlləsi, maddə 72) əmək vəzifələrini kobud şəkildə pozduqda (Əmək Məcəlləsinin 70-ci maddəsi, \ ç\ bəndi) müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınır.Lakin bu halda həmkarlar ittifaqı təşkilatının razılığı işəgötürənin əsaslandırıcı sənədlərlə birlikdə təqdim etdiyi yazılı təqdimatın (Sizin məktubda qeyd etdiyiniz kimi ifadə etsək \ vərəqin\ ) hər hansı bir küncündə yazılmır.Təqdimat daxil olduğu gündən 10 gün müddətində həmkarlar ittifaqı təşkilatı özünün iclasını keçirir, protokolunu tərtib edir və işəgötürənə əsaslandırılmış yazılı qərar təqdim edir. Həmin qərarda həmkarlar ittifaqı təşkilatının iclasının keçirildiyi yer və vaxt da göstərilməklə, həmkarlar təşkilatının üzvü olan işçi ilə əmək müqaviləsinin ləğv edilməsinə razı olması və ya razı olmaması göstərilir. İmkanınız varsa, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş \ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı\ nı qəzetinizdə dərc etməyinizi xahiş edirik.M. SADIQOV,Şirvan şəhəri.- Qeyd etdiyiniz Siyahını qəzetdə dərc etmək mümkün deyil. Çünki həmin Siyahı, 35 bölmədən ibarət olmaqla, müxtəlif istehsalat, peşə, vəzifə və göstəriciləri əhatə edir. Məlumat üçün həmin bölmələrin hansı sahələri əhatə etdiyini nəzərinizə çatdırırıq:1. Dağ-mədən işləri;2. Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), filiz və filiz olmayan qazıntıların yandırılması;3. Metallurgiya istehsalatı (qara metallar);4. Koks, pekokoks, termoantrasit və koks-kimya istehsalatı. Kömürün hazırlanması;5. Generator qazının istehsalı və metallurgiya istehsalatı proseslərində qazların alınması;6. Dinas (odadavamlı kərpic) məmulatlarının istehsalı;7. Metallurgiya istehsalatı (əlvan metallar);8. Kimya istehsalatı;9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı;10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür şistin emalı;11. Metal emalı;12. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri;13. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı;14. Tikinti materialları istehsalı;15. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı;16. Süni və sintetik liflərin istehsalı;17. Sellüloz-kağız istehsalı və ağac emalı istehsalatları;18. Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı;19. Səhiyyə və sosial təminat idarələri;20. Poliqrafiya istehsalatı;21. Nəqliyyat;22. Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər;23. Atom energetikası və sənayesi;24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı;25. Torf hasilatı;26. Yüngül sənaye;27. Yeyinti sənayesi;28. Poliqrafiya boyalarının istehsalı;29. Bina, qurğu və digər obyekt lərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri;30. Rabitə;31. Kənd təsərrüfatında aqrokimya xidməti. Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi;32. Toxuculuq istehsalatı;33. İncəsənətin xüsusi sahələri;34. Penitensiar müəssisələrdə mülki işlər;35. Ümumi peşələr.