Bəzi Yeni il oyuncaqları... xəstəliklər yarada bilər


Baxıldı : 667

Tarix : 2015-12-19 05:30:00


\ Sertifikatlaşdırma orqanları tərəfindən daxil olan müraciətlər araşdırılarkən məlum olur ki, sahibkarların əksəriyyəti yolkaları, Yeni il oyuncaqlarını, bəzək əşyalarını və s. sertifikatlaşdırmırlar. Belə mallar isə keyfiyyətsizliyi üzündən hər hansı xəstəliyə yol aça, ağır nəticələrə səbəb ola bilər\ .Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.O, qeyd edib ki, sahibkarlar bilməlidirlər ki, hər hansı məhsulu satışa çıxarmamışdan əvvəl müvafiq akkreditasiya olunmuş qurumlara müraciət edərək məhsullarını sertifikatlaşdırmalıdırlar. Sahibkarların bəziləri bunu qanunvericiliyi bilməməsi ilə izah edir, bəziləri isə qanunvericiliyi bilə-bilə, inzibatı cəza tədbirlərindən narahat olmadıqlarından bu addımı atırlar\ .F.Talıblı alıcılara müraciətdə deyir ki, əgər sertifikatsız məhsul almasalar, sahibkarlar da qanunvericiliyin tələblərinə uyğun olaraq akkreditasiya edilmiş orqanlarda öz məhsullarının keyfiyyətini yoxladıb satışa çıxararlar.Yeni il atributları, bəzəkləri ilə bağlı bazardakı hazırkı vəziyyəti dəyərləndirən komitə səlahiyyətlisi qeyd edib ki, ümumilikdə bazarda keyfiyyətli mallar üstünlük təşkil etsə də, keyfiyyətsiz mallar da var.Bu sahədə nəzarət tədbirlərini həyata keçirdiklərini deyən F.Talıblı əlavə edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırıldığından bu məsələ ilə bağlı yoxlamalar hər hansı şikayətçinin müraciəti əsasında aparıla və müvafiq tədbirlər həyata keçirilə bilər. Lakin indiyədək Yeni il atributları ilə bağlı komitəyə heç bir şikayət daxil olmayıb.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, Nazirlər Kabinetinin 443 saylı qərarına uyğun olaraq uşaq oyuncaqları məcburi sertifikatlaşdırılan mallar siyahısına daxildir. Bu mallar ölkənin əmtəə bazarına daxil olmamışdan əvvəl partiyalardan nümunələr götürülərək yoxlanılmalı, sertifikatlar verildikdən sonra satışa çıxarıla bilərlər: \ Lakin bu sahədə problemlər var. Oyuncaqlar, o cümlədən Yeni il oyuncaqları, bəzəkləri, yolkaları harada gəldi satılır. Bu malları alan alıcılar onların sertifikatlarını tələb etməlidirlər\ .Ekspert qeyd edib ki, əhali yolkaların əsasən plastik materialdan hazırlanmasını nəzərə almalıdır. İstehlakçıları diqqətli olmağa çağıran E.Hüseynovun sözlərinə görə, əgər yolkalar və oyuncaqlar əl sürtülən zaman rəng verirsə, onlardan pis qoxu gəlirsə, həmin malları almaqdan imtina etmək lazımdır. Bu oyuncaqlar uşaqlarda zəhərlənmə də yarada bilər. Ölkəmizə belə oyuncaqlar əsasən Çindən, Dubaydan, Türkiyədən, Tailanddan idxal edilir.Birlik sədri işıq bəzəkləri ilə bağlı daha ciddi problemlərin olduğunu da qeyd edib. O, əlavə edib ki, işıq bəzəklərində qısaqapanma ehtimalı çox yüksək olur: \ İşıq bəzəkləri yolkaların üstünə salınır. Bəzi hallarda yolkaların altına pambıq qoyurlar. Bu bəzəklərdən qısaqapanma qısa zaman ərzində baş verir. Ona görə də bir an belə onları diqqətsiz qoymaq olmaz\ .Aliyə SƏMƏDOVA