Baş nazirin kostyumu hərracda


Baxıldı : 440

Tarix : 2015-02-21 04:59:00


Hindistanın Baş naziri Narendra Modinin kostyumunun satışından əldə ediləcək pullar Qanq çayının tullantı və kanalizasiya sularından təmizlənməsi üzrə proqrama xərclənəcək. Söhbət Surat şəhərində hərraca çıxarılmış kostyumdan gedir.N.Modi həmin kostyumda bu il yanvarın 25-27-də ABŞ Prezidenti Barak Obama ilə görüşüb. Paltarın fərqli cəhəti hökumət başçısının adının olduğu naxışdır. Məlumata görə, kolleksionerlərdən biri kostyuma görə 226,5 min dollar təklif edib. Ümumilikdə hərraca Baş nazirə bu vəzifədə olduğu müddətdə verilən 455 hədiyyə çıxarılıb.CAVİD