Badminton yarışı keçirilib


Baxıldı : 125

Tarix : 2017-04-29 00:18:48


"Gənclik" TİC Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Universiadasının növbəti oyunu keçirilib. Təqvim planına uyğun olaraq badminton yarışı Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında baş tutub.

 Qadınlar arasında 17- 27 aprel tarixində təşkil olunan yarışda 9 komanda iştirak edib. Yekun nəticəyə görə, birinci yeri Bakı Dövlət Universiteti tutub. Azərbaycan Dövlət İqtisad Universiteti ikinci,  Azərbaycan Tibb Universiteti isə üçüncü olub.

24-28 apreldə keçirilən kişilərin badminton yarışında  9 komanda arasında Azərbaycan Texniki Universitetinin təmsilçiləri daha güclü çıxış edib və fəxri kürsünün birinci pilləsinə sahib olub. Sonrakı yerləri Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Tibb Universitetinin tələbələri bölüşüblər.

Azər Mustafayev