Bakı-2015” Avropa Oyunları İrlandiyada da yayımlanacaq


Baxıldı : 403

Tarix : 2015-02-28 03:32:00


Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi birinci Avropa Oyunlarının İrlandiyanın televiziya kanalında işıqlandırılmasını təmin etmək məqsədi ilə Setanta Sports” idman kanalı ilə saziş imzalayıb.Sazişə əsasən, İrlandiyanın idman yarışlarını yayımlayan aparıcı premium şəbəkəsi Setanta Sports” Bakı-2015” Avropa Oyunlarını hər gün səkkiz saat müddətində, o cümlədən gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm açılış və bağlanış mərasimləri həmçinin nümayiş etdiriləcək.Setanta”nın jurnalistlərdən ibarət xüsusi komandası əsas diqqətini Bakı- 2015” Avropa Oyunlarında iştirak edəcək irlandiyalı idmançılara ayıraraq Oyunları izləyəcək.Bu sazişin bağlanması ilə Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların dünyanın artıq 51 ölkəsində yayımlanmasını təmin edəcək sazişlərin bağlandığını elan etmiş oldu.İrlandiyada 1.2 milyondan artıq evdə yayımlanan Setanta Sports” idman kanalı bütün dünyadakı premium məzmunla, o cümlədən İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası və Avropa Liqası, Reqbi üzrə Avropa Çempionlar Kuboku, Formula 1 yarışları, The Masters”, The Open” və Amerikanın Milli Futbol Liqası (NFL), Milli Basketbol Assosiasiyası (NBA) və Nascar adlı gündəlik şousu ilə sıx bağlıdır.CAVİD