Bakıda beynəlxalq festival


Baxıldı : 232

Tarix : 2016-08-27 11:32:00


Sentyabrın 18-də Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, dahi bəstəkarın doğum günündə keçiriləcək festival on gün davam edəcək. Festivalda Azərbaycanla yanaşı, xarici ölkələrdən gəlmiş, tanınmış musiqiçilərin də iştirakı gözlənilir.Beynəlxalq festivalın təşkilatçıları Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyidir. On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkə musiqiçilərinin ifasında təqdim olunacaq.Cavid SƏFƏROV