Bakıda dostluq festivalı keçirilib


Baxıldı : 496

Tarix : 2015-11-13 03:05:00


Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və Gürcüstan Respublikasının Folklor və Klassik Musiqinin İnkişafı Birliyinin təşkilatçılığı ilə Dördüncü Beynəlxalq \ Harmoniya\ Dostluq Festivalı keçirilib.Tədbirdə paytaxtın musiqi məktəblərinin şagirdləri iştirak ediblər. Festivalın ilk iki günündə Gürcüstan və Azərbaycan uşaqlarının ifasında yüzdən çox Azərbaycan, gürcü, rus və Avropa musiqi inciləri səslənib.Tədbirin son günündə hər iki ölkənin yüksək dərəcəli mütəxəssislərindən ibarət münsiflər heyəti qalibləri müəyyən edərək onları diplomlar və mükafatlarla təltif ediblər.Festivalın əsas mükafatını - \ 2016-cı ildə Türkiyədə keçiriləcək Beynəlxalq müsabiqədə iştirak üçün maliyyə xərclərinin ödənilməsi\ - Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Orxan Hüseynov (violonçel) qazanıb.Bundan əlavə, daha iki iştirakçının - R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Emil Əhmədzadə (fortepiano) və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nailə İbrahimovanın (fortepiano) bu müsabiqədə iştirak etmə xərclərinin 50%-ni Festival təşkilatçıları öz üzərlərinə götürüb.Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu tədbir mütəxəssislər arasında yaradıcı təcrübə mübadiləsinə şərait yaradaraq 2 ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.CAVİD