Bakıda ti...


Baxıldı : 187

Tarix : 2016-10-14 04:14:00


Bakıda tikilən yeni binalardan mənzil almışam. Mənzil alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilib. Lakin mənzilin faktiki sahəsi müqavilədə göstərilən sahədən azdır. Tikinti şirkətindən şikayət edə bilərəmmi?Elçin NADİROV,Bakı şəhəri.- Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş \ Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları\ nın 3.2. bəndinə əsasən, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar nəzərə alınmadan) ölçülməklə təyin edilir.Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir.Həmin Qaydaların 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi-yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.Əgər mənzilin sahəsi göstərilən qaydalara uyğun hesablanmayıbsa, məhkəməyə müraciət edə bilərsiniz.Köçkün kimi Bakı şəhərində məskunlaşdığım vaxtdan heç br işdə çalışmamışam. İndi işə düzəlmək istəyirəm. Amma məlum hadisələr vaxtı Bakıya gələndə bütün sənədlərim, o cümlədən əmək kitabçam əvvəlki yaşayış yerimizdə qaldı. Əmək kitabçamın olmaması işə düzələrkən mənə problem yaradarmı? Çətinlik yaranarsa, mən nə etməliyəm?Şərafət VƏZİROVA,Bakı şəhəri.- Əmək Məcəlləsində əmək müqaviləsinin tərəfləri, məzmunu, forması, müddəti, bağlanması və ona dəyişikliklər edilməsi qaydası müəyyən edildiyi kimi, əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər də dəqiqləşdirilmişdir.Adıçəkilən Məcəllənin 48-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənəd və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.Lakin Əmək Məcəlləsində işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətləri tənzimlənərkən məcburi köçkün, onlara bərabər tutulan şəxslər və qaçqınlar üçün müəyyən güzəştlər və imtiyazlar da nəzərdə tutulmuşdur. Bu güzəştlərdən biri də, Sizin məktubunuzda qeyd etdiyiniz kimi, əmək kitabçasının təqdim edilməməsinə aiddir ki, bu hal da yuxarıda qeyd etdiyimiz maddənin 3-cü hissəsində nəzərdə tutulmuşdur. Burada deyilir: \ Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağalanıla bilər\ .Həmin müddəa \ İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları\ nda da qeyd edilmişdir. Qaydaların 1.4. bəndinə əsasən, məcburi köçkün və ya qaçqın statusuna malik olan şəxslərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə (qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa) əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Qanunvericiliyin qeyd etdiyimiz göstərişlərinə əsasən, köçkün olduğunuz üçün işəgötürən əmək kitabçası tələb etmədən Sizinlə əmək müqaviləsi bağlaya biləcək. Bu səbəbdən işəgötürənlə aranızda heç bir çətinlik yaranmayacaq.