Bakı Sənaye Pedaqoji Kolleci birinci olub


Baxıldı : 326

Tarix : 2015-12-25 03:59:00


\ Gənclik\ Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələri arasında keçirilən XII Respublika Spartakiadası başa çatıb. Spartakiadanın təqvim planına uyğun olaraq idmanın 6 növü (atletika, şahmat, dama, voleybol, basketbol, stolüstü tennis) üzrə baş tutan yarışlarda 11 komanda və 628 tələbə (247 nəfər qız, 381 nəfər oğlan) iştirak edib. Ümumi komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə Bakı Sənaye Pedaqoji Kollecinin tələbələri qalxıb. Bakı 2 saylı Baza Tibb Kolleci ikinci, Bakı Neft və Energetika Kollecinin nümayəndələri isə üçüncü olublar.Oğlanların mübarizəsində ən yaxşı nəticəni Bakı Sənaye Pedaqoji Kolleci göstərib. İkinci yeri Bakı Neft və Energetika Kolleci, üçüncü yeri isə Bakı 2 saylı Baza Tibb Kollecinin komandaları tutublar. Qızların yarışında isə ilk üçlükdə Bakı Sənaye Pedaqoji Kolleci, Bakı 2 saylı Baza Tibb Kolleci və Bakı Qida Sənayesi Kollecinin komandaları qərarlaşıblar.A.MUSTAFAYEV