Bakı şəhər birinciliyi keçirilib


Baxıldı : 162

Tarix : 2018-01-12 22:31:21


 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində  2001-2002-ci il təvəllüdlü oglanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Birincilikdə “Neftçi” İKİB, “Təhsil” RİM, 5№li İOEUGİM, “Məhsul” İC, “Ümid” İK, “Atletika” İK, “Spartak” İC-ni təmsil edən  112 nəfər idmançı mübarizə aparıb.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə daxil olan iki idman cəmiyyətinin atletləri də yarışda yüksək nəticə göstəriblər.

2001-2002-ci il təvəllüdlü qızlar arasında 1500 metr məsafədə qaçışda Səbinə Əsgərova (“Məhsul” İC), oğlanlar arasında hündürlüyə tullanmada isə Teymur Salahzadə (“Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi) I yerə layiq görülüblər. 

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 Azər MUSTAFAYEV