Bal satışı yarmarkası


Baxıldı : 565

Tarix : 2015-10-17 00:54:00


Artıq neçə illərdir ənənə halını alan bal satış sərgisi bu il də paytaxt sakinlərinə müxtəlif regionlardan gətirilən məhsullarla tanış olmaq imkanı verir.\ Arıçılıq haqqında\ Azərbaycan Respublikası Qanununa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən oktyabrın 10-dan etibarən Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.\ Bal yarmarkasının keçirilməsinin məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq, arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır.Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası oktyabrın 10-da saat 11:00-da Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) keçirilir.Bal yarmarkasında Azərbaycan Respublikasının bütün bölgələrindən 460 arıçı iştirak edir. Satışa 250 tona yaxın bal çıxarılıb. Balın qiymətini satıclar özləri tənzimləyir, qiymətlər 15-20 manat arasında dəyişir.2009-cu ildə Respublika Arıçılar İttifaqı yaradılmışdır. Birliklər və ittifaq geniş iş aparır. Nazirlik arıçılığın inkişaf etdirilməsinə ciddi fikir verir.Yarmarka noyabrın 10-dək davam edəcək.Günel RAFAYILQIZI