Balacaları sevindiriblər


Baxıldı : 92

Tarix : 2020-01-10 15:05:12


Dekabrın 28-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (DİİXİ)  Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə Zabrat qəsəbəsində yerləşən 5 saylı Uşaq Somatik  Sanatoriyasında müalicə alan uşaqlar ilə görüş keçirilib.  Görüşdə DİİXİ Hİ Sabunçu Rayon Komitəsinin əməkdaşları, sanatoriyanın rəhbərliyi, müəllim və həkim kollektivi iştirak edib.

DİİXİ Hİ Sabunçu Rayon Komitəsinin sədri Şəms Əsədova  körpələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Sonra uşaqlara Yeni il hədiyyələri təqdim olunub. Onlar üçün bayram süfrəsi təşkil edilib.

Sanatoriyanın kollektivi görüşün təşkilinə görə öz minnətdarlığını bildirib. Bu kimi görüşlərin keçirilməsinin ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və təbliği baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.