Baltikyanı ölkələrdə  korona böhranının təsiri


Baxıldı : 236

Tarix : 2020-07-27 04:22:48


 

Pandemiya COVID-19 və qlobal böhran Baltikyanı ölkələrin əhalisinin üçdə birindən çoxunun  gəlirlərinin  əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Luminor Bank tərəfindən keçirilmiş ictimai rəy sorğusuna görə, pandemiya ilə bağlı tətbiq olunan karantin bu ölkələrdə dövlətləri büdcədə maliyyə düzəlişləri aparmağa vadar etmişdir.

Litvadan olan respondentlərin 42%-i iddia edir ki, hökumətin mövcud imkanları böhran vəziyyətindən çıxmaq üçün kifayət deyil. Bundan əlavə, Litva sakinlərinin təxminən yarısı, pandemiyanın yığımların yaradılması vərdişlərini təkmilləşdirdiyini etiraf etdi. Rəy sorğularındakı bu nəticələri Luminor Bankının pensiya məsələləri qurumunun rəhbəri Ayste Palyukayte ictimaiyyətə çatdırıb. Onu da vurğulayıb ki, böhrana qarşı mübarizədə özünü ən çox litvalılar  inamsız hiss edir (42%). Bu vaxımdan sonrakı yerləri Latviya (40%) və Estoniya (31%) tutur.
Araşdırmaya görə, karantin zamanı litvalıların 6%-i, latışların və estonların 5%-i işini itirmişdir. Məcburi məzuniyyət almış və ya müvəqqəti işləməyən litvalıların sayı 14% təşkil edir. Sorğu göstərdi ki, litvalıların və latışların böyük bir hissəsində ehtiyat əmanəti yoxdur. Vəziyyətə uyğun olaraq gəlirlərindən qənaətlə istifadə edəcəklərini bildiriblər.