Banklarda əmək standartları: işçilərin səlahiyyət və məsuliyyəti üçün rıçaqlar


Baxıldı : 82

Tarix : 2020-02-07 13:43:48


Həmkarlar ittifaqlarının fəaliyyəti çoxtərəfli inkişaf banklarında əməyin mühafizəsinin mütləq təminatına gətirib çıxarıb. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının  (BHİK) yeni təlimatı əmək hüquqları və hər kəs üçün layiqli iş inkişaf modeli uğrunda mübarizə aparmaq məqsədilə bu müdafiə tədbirlərindən necə istifadə ediləcəyini göstərir.

Dünya Bankı və regional çoxtərəfli inkişaf bankları hər il inkişaf etməkdə olan ölkələrdə layihələrin və özəl şirkətlərin maliyyələşdirilməsi üçün milyardlarla kredit verir. Bu maliyyələşdirmə çoxlu sayda işçi ilə bağlıdır: Afrika İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində yollar çəkən inşaatçılardan tutmuş, beynəlxalq maliyyə korporasiyasının vəsaitləri hesabına genişlənən xüsusi gübrə istehsalı müəssisəsindəki işçilərə qədər. Həmkarlar ittifaqlarının çoxillik məqsədyönlü səfərbərliyi sayəsində çoxtərəfli inkişaf banklarından olan borcların əksəriyyəti hazırda təhlükəsiz, layiqli əmək şəraiti və BƏT-in əsas əmək normalarına riayət olunmasını tələb edən zəmanətlərə malikdirlər.

“Bütün dünyada insan hüquqlarına və həmkarlar ittifaqlarının hüquqlarına hücumlar güclənir və fəhlələr layiqli işin təşkili uğrunda çətin mübarizə ilə üzləşirlər. Çoxtərəfli inkişaf banklarının əmək zəmanətləri bu qarşıdurmalarda bir vasitədir. Həmkarlar İttifaqlarının tələbindən sonra belə bir müdafiə qəbul edilmişdir. İndi imkanların artırılması və bankların işçilərin hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əmək təminatlarından istifadə etməyin vaxtı gəlib çatıb”, - deyə BHİK-in Baş katibi Şaran Barrou bildirib.

Vəsait bankların necə işləməsi, əməyin mühafizəsi vasitələrinin məzmunu, təklif olunan və cari kredit layihələrinin izlənməsi, banklarla qarşılıqlı əlaqə və işçilərin hüquqlarının pozulması hallarında şikayətlərin necə təqdim edilməsi haqqında faydalı məlumatları əhatə edir. Qısa təlimat, tədbirlər görülməsi üçün lazım olan məlumatlar burada əks olunub. Həmçinin müdafiə tədbirlərinin uğurlu istifadəsi barədə ətraflı bilgi var.

Eyni zamanda həmkarlar ittifaqlarının İraqdan Polşaya qədər inkişaf banklarını tam şəkildə təminatları həyata keçirməyə məcbur etmək məqsədilə atacağı addımlar təsvir olunur. Həmkarlar ittifaqları bu təminatları əmək şəraitinin yaxşılaşdırılması, təşkilatçılıq və kollektiv danışıqların aparılması üçün istifadə edir. Mübahisələr ortaya çıxdıqda, həmkarlar ittifaqları bu bankların iş sahəsinə bağlı olub-olmadığını araşdırır. Sonra müdafiə tədbirləri istifadə edilə bilər. Digər hallarda həmkarlar ittifaqları təklif olunan kreditləri izləyərək əmək hüquqlarının bank və borcalan tərəfindən əvvəldən dəstəkləndiyini təmin edə bilər.

Zəmanət məcburi olsa da, borcalanlar və subpodratçılar tərəfindən pozuntular geniş yayılıb. Həmkarlar ittifaqları çoxtərəfli inkişaf banklarından zəmanətlərin yerinə yetirilməsini təmin etmək üçün müvafiq yoxlama və monitorinq aparılmasını tələb edirlər. Əmək zəmanətlərində boşluqlar üzündən, məsələn, milli qanunvericilikdə məhdudlaşdırıcı ifadələr və assosiasiyaların azadlığı kimi bəzi problemlər, daha geniş anlamda, istifadəyə maneələr yaradır. Təlimat bankların dövri siyasi icmallarını aparmasında daha etibarlı zəmanətlərin təminatı üçün həmkarlar ittifaqlarına istifadə edilə biləcək informasiya təqdim edir.

Ş.Barrou bildirib ki,  bizə davamlı inkişaf sahəsində 8-ci məqsədə nail olmaq üçün işçilər, hökumət və iş adamları (sahibkarlar) arasında layiqli əmək və yeni sosial müqaviləyə imkan verən davamlı inkişaf modeli lazımdır. Bütün çoxtərəfli inkişaf bankları, BƏT-in yüzilliyində təsvir olunan minimum əmək müdafiəsi səviyyəsinə uyğun olaraq, əməyin mühafizəsi tədbirlərini qəbul etməli və həyata keçirməlidir. Beləliklə, onlar vacib olan yeni sosial müqavilənin həyata keçirilməsinə öz töhfələrini verə bilərlər.

Qeyd edək ki, çoxtərəfli inkişaf bankları - iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatıdır.