Baş nazir Novruz Məmmədov 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam imzalayıb


Baxıldı : 52

Tarix : 2018-12-22 07:00:49


Dekabrın 19-da Baş nazir Novruz Məmmədov 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə  Sərəncamda deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.