Basketbolçu gənclərin qarşılaşması


Baxıldı : 293

Tarix : 2015-11-27 05:54:00


\ Gənclik\ Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən XII Respublika Spartakiadası davam edir. Təqvim planına uyğun olaraq basketbol üzrə baş tutan yarışlarda qızlar və oğlanlardan ibarət komandalar mübarizə aparıb. Oyunlar Bakı 2 saylı Baza Tibb Kollecinin idman zalında keçirilib. Basketbolçu qızların qarşılaşmasında inamlı çıxış edən Bakı Sosial Pedaqoji Kolleci birinci yeri tutub. Bakı 2 saylı Baza Tibb Kolleci ikinci, Bakı Qida Sənayesi isə üçüncü olub. Oğlanlardan ibarət komandaların birincilik uğrunda apardığı mübarizədə Bakı 2 saylı Baza Tibb Kollecinin tələbələri fəxri kürsünün ilk pilləsinə yiyələniblər. Sonrakı yerlərdə müvafiq olaraq Bakı Neft Energetika Kollecinin və Bakı Humanitar Kollecinin idmançıları qərarlaşıblar. Azər