Baxış-müsabiqə keçirilib


Baxıldı : 199

Tarix : 2017-12-08 18:43:18


Noyabrın 29-da Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının dəstəyi və nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə Bakı və Sumqayıt qarnizonunun yanğından mühafizə hissələri arasında “Ən yaxşı manqa" adı uğrunda baxış-müsabiqə keçirilib.

Müsabiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı və Sumqayıt qarnizonunun 13 yanğından  mühafizə hissəsi iştirak edib. Hər bir hissənin 3 yanğınsöndürmə növbəsi iştirak etməklə ümumilikdə 39 yanğınsöndürmə növbəsi yarışda mübarizə aparıb.

Müsabiqənin sonunda Sumqayıt Şəhər DYMİ-nin 2 nömrəli yanğınsöndürmə növbəsi 1-ci, Səbail Rayon DYMH-nin 1 nömrəli yanğınsöndürmə növbəsi 2-ci, Abşeron Rayon DYMH-nin 1 nömrəli yanğınsöndürmə növbəsi isə 3-cü yeri tutub.

Həmçinin hər bir hissədən iştirak edən 3 yanğınsöndürmə növbəsinin əldə etdiyi ümumi nəticələrə görə, Abşeron RDYMH-i "Ən yaxşı hissə"  adına layiq görülüb.

Qaliblərə sonda  FHN İşçiləri Həmkarlar İttifaqı tərəfindən medal, diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Azər MUSTAFAYEV