Baxış-müsabiqəyə start verilib


Baxıldı : 573

Tarix : 2018-02-03 22:22:55


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinın  2 Fevral - Gənclər Gününə həsr olunmuş yığıncağı keçirilib.

Yığıncaqda giriş sözü söyləyən sahə Hİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova dövlətimizin gənclər siyasətindən danışıb. Deyib ki, bu gün Azərbaycan gəncləri dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində cəmiyyətimizin fəal üzvlərinə çevriliblər. Azərbaycan həmkarlar ittifaqları da gənclər siyasətinin uğurla davam etməsi üçün imkanlarından maksimum yararlanır. Respublika Komitəsi Rəyasət Heyətinin ilk təşkilatlar arasında keçirməyə hazırlaşdığı “Gənclərlə işin təşkili” baxış-müsabiqə də bu istiqamətdə atılan addımların tərkib hissəsidir.

Respublika Komitəsinin şöbə müdiri Zaur Həmidov tədbir iştirakçılarını baxış-müsabiqə haqqında məlumatlandırdı. Bildirdi ki, müsabiqədə musiqi və incəsənət məktəblərində, teatrlarda, bədən tərbiyəsi və idman sahəsində, kütləvi informasiya vasitələrində, kitabxanalarda çalışan gənclər iştirak edəcəklər. Məqsəd sahə təşkilatlarında çalışan gənc işçilərin həmkarlar ittifaqı işinə cəlb edilməsi, aktiv gənclərin müəyyənləşdirilməsidir. Baxış-müsabiqədə qalib gələn şəxslərə RK-nın diplomları və pul mükafatları veriləcək.

Yığıncaqda digər çıxışlar da dinlənildi.