Bayram süfrəsini tələbələr hazırlamışdılar


Baxıldı : 236

Tarix : 2016-03-17 11:23:00


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı təntənə ilə qeyd edilib. Bayram tədbirində təhsil ocağının rektoru, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Tələbə həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə universitetin həyətində keçirilən şənlikdə fakültələr üzrə tələbələr tərəfindən hazırlanan bayram süfrələri də təqdim olunub. Rektor Mustafa Babanlı milli adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramının tarixi haqqında danışıb. Universitetin bütün heyətini yazın gəlişi münasibətilə təbrik edib. Tələbələrin hazırladıqları bahar sovqatlarını müsbət dəyərləndirib. Novruzun atributları olan \ Keçəl\ və \ Kosa\ öz oyunları ilə şənliyə xüsusi ovqat gətiriblər. Bahar qız insanlara yazın xoş müjdələrini verib. ADNSU-nun \ Gənclik\ mahnı və rəqs ansamblının ifasında milli rəqslərimiz nümayiş olunub. Sonra rektor məşəllə meydanın ortasında qurulmuş tonqalı alovlandırıb və tədbir konsert proqramı ilə davam edib. Respublikanın tanınmış müğənnilərinin ifası şənliyə xüsusi rəng qatıb. Azər MUSTAFAYEV