Bayramadək pensiyalar veriləcək


Baxıldı : 279

Tarix : 2015-02-28 03:05:00


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi qrafikdən əvvəl yekunlaşıb: \ Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq\ .E.Mehdiyev əlavə edib ki, neftin qiymətinin dəyişməsi ilə əlaqədar iqtisadiyyatda baş verən dəyişikliklər fonunda maliyyə dayanıqlığı məsələsində istər 2014-cü ildə, istərsə də cari ildə DSMF-in maliyyə göstəriciləri kifayət qədər uğurla ifadə olunur: \ Hətta 2014-cü ili əhəmiyyətli praktik məbləğ ilə başa vurmuşuq ki, bu, cari ildə də maliyyələşməni vaxtında aparmağa imkan verir\ .AZƏR