BDU-da “Batalyon” sənədli filminin təqdimatı keçirilib


Baxıldı : 29

Tarix : 2018-11-08 06:26:09


Bakı Dövlət Universitetində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan Kinosu Günləri” proqramı çərçivəsində “Batalyon” sənədli filminin təqdimatı keçirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə THİK sədri, dosent Daşqın Qənbərov adıçəkilən layihənin önəmindən bəhs edib.

Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə kinomuzun 120 illiyi ilə bağlı layihəyə dəstək olan bütün təhsil ocaqlarına təşəkkürünü bildirib.

Filmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas 1992-ci ildə yaranan Tərtər batalyonundan bəhs edən film barədə məlumat verib.

“Batalyon” sənədli filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.