BDU-da kollektiv müqavilə imzalandı


Baxıldı : 13

Tarix : 2019-11-08 11:00:05


Bakı Dövlət Universitetinin rəhbərliyi ilə həmkarlar ittifaqı komitəsi arasında kollektiv müqavilə imzalanıb. Rektor Elçin Babayev müqavilənin Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış sazişin əsasında imzalandığını qeyd edib. O, müqavilənin qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə təkan verəcəyini bildirib. Rektor həmçinin BDU-dakı yeniliklərdən və 100 illik yubileyə hazırlıq proseslərindən də danışıb.

BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Məmmədov göstərdiyi dəstəyə görə ali məktəbin rəhbərliyinə təşəkkürünü bildirib. Deyib ki, təşkilatımız hər zaman universitet əməkdaşlarının əmək, sosial hüquqlarını cəsarətlə qoruyub. İmzalanan müqavilə misssiyamızı daha yüksək səviyyədə həyata keçirməkdə bizə yeni stimul verəcək.

Qeyd edək ki, kollektiv müqavilədə BDU-nun sosial-iqtisadi inkişafı istiqamətləri, peşə qrupları, layiqli, təhlükəsiz əmək şəraiti, əməkhaqqı, sosial təminatlar və əlavə imtiyazları və sair öhdəliklər əksini tapıb.