BDU futzal yarışının çempionu


Baxıldı : 61

Tarix : 2019-12-13 17:09:49


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilən futzal yarışması başa çatıb. Noyabrın 27-dən dekabrın 6-dək davam edən turnirin qalibi Bakı Dövlət Universitetinin (BDU) komandası olub.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin komandaları ilə eyni qrupda mübarizə aparan BDU-nun komandası qrup lideri kimi 1/4 final mərhələsinə adlayıb. 1/4 final mərhələsində Bakı Mühəndislik Akademiyasını, yarımfinalda Gəncə Dövlət Universitetini məğlub edib. Finalda isə Azərbaycan Dövlət İqtisad Universitetinə qalib gələrək çempion olub. İkinci yerdə ADİU, üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin yığması qərarlaşıb.