Belarus ölkəmizdə kooperativlərə dəstək verəcək


Baxıldı : 211

Tarix : 2015-12-05 05:42:00


Belarus Respublikasının sənaye naziri Vitali Vovk Belarus bildirib ki, Minsk hökuməti Azərbaycanda kooperasiyaların yaradılmasına dəstək verəcək. Belarusun bu sahədə yaxşı təcrübəsi var və MDB-də ən güclü kooperasiyalar bu ölkədə fəaliyyət göstərir. Bu ölkədə fermerlərin və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperasiyalar aqrar sahə üzrə istehsalın 80%-dən çoxunu verir.Belarus hökuməti həm istehlak, həm də kənd kredit kooperativlərinin inkişafını uzunmüddətli dövlət proqramları vasitəsilə tənzimləyir. Kənd təsərrüfatı istehsalı ilə məşğul olan kooperativlərin inkişafını stimullaşdırmaq üçün həm büdcə vəsaitlərindən, həm də müxtəlif maliyyə fondlarının dəstəyindən istifadə edilir. Kooperativlərə investisiya xarakterli yardımlar daha çox diqqətdədir. Belarus hökuməti Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal müəssisələrinin yaradılması təklifinə də müsbət cavab verib. Belarusda emal sənayesi güclü inkişaf etdiyindən ölkəmizdəki mövcud xammal həmin ölkəyə göndərilməklə birgə emal müəssisələri yaratmaq mümkündür. Həmin müəssisələrdə emal edilən məhsullarımız isə xarici ölkələrə göndərilə bilər. ELBRUS