Bərpa planı işsizlik  təhlükəsində olan 60 milyon  insan üçün yaxşı xəbərdir


Baxıldı : 229

Tarix : 2020-07-27 04:21:28


 

“Avropa İttifaqı (Aİ) bərpa planının qəbul edilməsi iş yerlərinin qorunması və ya bu məqsədlə ayrılması gözlənilən investisiyadan asılı olan 60 milyon adam üçün yaxşı xəbərdir. Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Aİ-nin tarixində ən çətin danışıqlarda razılığa gəlmək əzmində olduğuna görə prezidentlər Mişel və fon der Layen və daha uzaqgörən liderlərə təşəkkür edir”.

Bu sözləri AHİK-in Baş katibi Luka Visentini deyib.
L.Visentini sonra aşağıdakıları söyləyib: “AHİK Avropa İttifaqı tərəfindən birbaşa zəmanət veriləcək avroistiqrazlar vasitəsilə bərpa planının maliyyələşdirilməsinə dair qərarı alqışlayır. Bu, üzv ölkələr üçün qəbuledilməz olan əlavə yükdən qaçmağa imkan verəcək”. “Bərpa Fondunda subsidiyaların məbləğinin azaldılması Fondun ədalətli keçid üzrə yolverilməz ixtisarına və səhiyyə sahəsində tədbirlərə gətirib çıxarır”. “Bundan başqa, Aİ-nin ümumi büdcəsi, birliyin və sosial prioritetlərin təmin edilməsi üçün yaşıl və rəqəmsal transformasiyanı və adekvat resursları təmin etmək gücündə deyil”. “Biz milli islahatlar planlarının təsdiqlənməsi prosesinin və “təcili əyləc”in sərt iqtisadi durumun tətbiq edilməsi, anti-Avropa populistlərinin xeyrinə istifadə olunmamasını gözüaçıq şəkildə izləyəcəyik”. “Bu sammitdən sonra Avropanın Gələcəyi Konfransı daha vacibdir”.