Beş ən yaxşı qida məhsulu


Baxıldı : 207

Tarix : 2019-06-07 13:06:45


Qoz zülalın ən yaxşı bitki mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə, qoz-fındıqda yüksək miqdarda  bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi (FDA-Food and Drug Administration) qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir.

Bitki mənşəli olduğundan kətan toxumu vegetarianlar üçün omeqa 3-ün bitki alternativini təqdim edir. Bir sıra tədqiqatlar kətan toxumunun ürəyə faydalarını göstərir. Bundan əlavə, kətan toxumu lif və antioksitant fitoestrogen növü olan lignan kimi faydalı tərkibə malikdir. Tədqiqatlar kətan toxumalarında olan lignanın xərçəng kimi mübarizə tələb edən xəstəliklərdə ümidverici nəticələr göstərdiyini aşkar edib.

Nar dənələri polifenol, tannin və antosianin kimi faydalı antioksidantlara malikdir. Digər tərəfdən, nar şirəsi yüksək miqdarda antioksidant tərkibinə malikdir ki, bu digər meyvələrdən, qırmızı şərabdan və çayda olduğundan daha çoxdur. İlkin faktlar göstərir ki, konstentrə olunmuş nar şirəsini içmək xolesterinin miqdarını aşağı sala bilər.

Qızıl balıq əti əvəz etmək üçün çox gözəl məhsuldur. O, zülal və omeqa 3 yağ turşularının yaxşı mənbəyidir. Təəccüblü deyil ki, əsaslı elmi dəlillərlə on ildən artıqdır ki, qızıl balıq beş ən üstün məhsullar siyahısında öndə durur!

Kələm,  çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s kimi tünd yaşıl tərəvəzlər vitamin A və C, dəmir, kalsium və fitonurientlərlə zəngindirlər. Yaşıl tərəvəzlərin çox doyumlu, yüksək lifli və aşağı kalorili olmaları ürəyi sağlam və beli incə saxlamağa imkan verir ki, bu da onları ən üstün məhsullardan edir.