Beynəlxalq Bank özəlləşməyə hazırlanır


Baxıldı : 204

Tarix : 2016-06-03 05:31:00


Azərbaycan hökuməti beynəlxalq maliyyə təşkilatlarından cəlb etdiyi kreditlərlə bağlı yeni borclanma strategiyası hazırlayır. Maliyyə naziri Samir Şərifov bildirib ki, strategiyaya əsasən, dövlət zəmanəti ilə alınan kreditlərin maliyyə və özəl sektorlara cəlb olunması, vəsaitlərin idarə edilməsi, xarici maliyyə bazarlarında bir milyard məbləğində avrobondların yerləşdirilməsi və digər məsələlər öz əksini tapacaq. Maliyyə naziri Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması ilə bağlı işlərin aparıldığını da deyib: \ Hazırda bankın sağlamlaşdırılması istiqamətində işlər həyata keçirilir. Sağlamlaşdırma tədbirləri çərçivəsində bankın problemli aktivləri bankın balansından çıxarılıb \ Aqrarkredit\ Qapalı Səhmdar Cəmiyyətinə satılır. Tədbirlər başa çatdıqdan dərhal sonra müvafiq maliyyə məsləhətçiləri, beynəlxalq aləmdə tanınan nüfuzlu investisiya şirkətləri bu işlərə cəlb ediləcək. Bundan sonra BB-nin özəlləşdirməyə açıq olması mümkün olacaq\ .S.Şərifov BB-də problemli kreditlərin qaytarılması üçün xüsusi tədbirlər planının hazırlandığını da qeyd edib. Həmin tədbirlərə əsasən, hüquq-mühafizə orqanlarının iştirakı ilə saxtakarlıq və fırıldaqçılıq hallarının qarşısı alınır. İndiyədək 400 milyon manatadək vəsaitin qaytarılması təmin olunub. Digər vəsaitlərin qaytarılması üzrə bank tərəfindən işlər aparılsa da, bu, çətinlik yaradır. Buna görə də beynəlxalq praktikaya uyğun olaraq problemli aktivlərin idarə edilməsi üçün ayrı qurumun yaradılması məqsədəuyğun sayılır.ELBRUS