Beynəlxalq Əlillər Gününə həsr edilmiş idman yarışları


Baxıldı : 291

Tarix : 2015-12-05 05:17:00


Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Hİ Respublika Komitəsinin Rəyasət Heyəti və \ Spartak\ Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyətinin İdarə Heyətinin birgə qərarına əsasən 28 noyabr - 01 dekabr tarixlərində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin kontingenti arasında Beynəlxalq Əlillər Gününə həsr edilmiş stolüstü ( şahmat, dama, nərd, darts və gücsınama) idman növləri üzrə yarışlar keçirilib. Reabilitasiya Mərkəzində təşkil olunan 6 aylıq təlim kurslarında iştirak edən 120 gəncdən 117-si yarışlara cəlb edilib. Qadınlar arasında keçirilən dama yarışlarında Nuranə Hacıyeva birinci, Naida Abbasova ikinci, Gülşən Novruzova isə üçüncü olub. Kişilərin yarışında isə Xəyal İslamov birinci yeri tutub, sonrakı yerləri müvafiq olaraq Elvin Tahirov və Pərviz Hüseynov bölüşüblər. Şahmatçı qadınların qarşılaşmasında Rüxsarə Seyfəddinova birinci, Kəmalə Səfərova ikinci, Gülşən Babayeva üçüncü olub. Kişilər arasında Ruslan İsrafilzadə, Fərid Balaşov və Bilal Qoçəliyev fərqlənə biliblər. Darts növündə qadınlar və kişilər arasında baş tutan yarışların nəticəsinə görə sıralama belə olub: birinci yer Aynaxanım Qasımova və Ələddin Rzayev, ikinci yer Günay Verdiyeva və Nihad Məmmədov, üçüncü yer Telnaz Hüseynəliyeva və Asim Dünyamalıyev.Qolgücü idman növündə isə Amid Təhməzov daha güclü çıxıb, Maqsud Cümşüdov və Nicat Mirzəyev müvafiq olaraq sonrakı yerləri bölüşüblər. Nərd yarışlarında birinci yeri Kamran İsaqzadə, ikinci yeri Ülvi Qaybullayev, üçüncü yeri isə Vacib Məmmədov tutub. Yarışlarda qalib gələnlərə Fəxri Fərman və pul mükafatı verilib. AZƏR