Beynəlxalq aləm böhran içindədir 


Baxıldı : 1013

Tarix : 2020-04-06 14:23:11


Dünyanın bir çox yerlərində olduğu kimi, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) əməkdaşları da öz işlərini evdən idarə edirlər. Müzakirələrimizi virtual görüşlərlə və videokonfranslarla keçirərək, həmçinin COVİD-19 pandemiyasına reaksiya verərək planlaşdırılmış işimizi davam etdiririk. Biz bütün dünyada iş yerləri və işləyən insanların gəlirləri uğrunda mübarizədə sizinlə bir yerdəyik.
Qlobal pandemiya ictimai səhiyyə və tibb sahəsini, o cümlədən ümumi sosial müdafiəni bütün dünyanın diqqət mərkəzinə çəkdi. Bütün tibb işçiləri əsl qəhrəmanlardır. Biz, həmçinin, fərdi mühafizə vasitələri istehsal edənlər də daxil olmaqla, əsas təchizat zəncirlərində işləyən işçilər, eləcə də qida sənayesində, nəqliyyatda, supermarketlərdə və həyati əhəmiyyətli xidmətlərdə çalışanlar üçün fədakarlıq və riskləri yüksək qiymətləndiririk. Bizim həyatımız onların hər birindən asılıdır. Həmkarlar İttifaqları təkcə onların təhlükəsizliyi üçün deyil, həm də xəstəlik üzrə ödənişli məzuniyyət, məşğulluq və gəlirlərin təminatları, həmçinin gəlirləri təhlükə altında olan bütün işçilərin sosial müdafiəsi məqsədilə mübarizə aparır.

BHİK-in fəaliyyəti:
BHİK-in COVİD-19 bağlı 17-23 mart tarixlərində  86 ölkədə 109 üzv təşkilat arasında keçirdiyi ilk qlobal tədqiqatı göstərdi ki, ölkələrin yarıdan çoxu təhsil ocaqlarını və zəruri olmayan müəssisələri bağlamaq kimi kompleks tədbirlərlə virusun qarşısın almağa çalışıb. Həmçinin ölkələrin 50 faizində pulsuz tibbi yardım yoxdur. Biznes məqsədlərinə (29 faiz), bütün işçilərə xəstəxana vərəqələrinin ( 21 faiz) verilməsindən daha çox pul xərclənir.
Hər iki həftədən bir biz pandemiyanın ölkələrə və işləyən insanlara necə təsir göstərməsi barədə üzv təşkilatların sorğusunu aparacağıq. Bu bizə böhranın işçilərə təsiri haqqında ən son məlumatları verəcəkdir.
BHİK-in saytında (ITUC COVID-19) mərkəzi, dünyanın müxtəlif ölkələrində böhran haqqında bütün məlumatların yerləşdirildiyi yerdir. Hər həftə BHİK bizə təqdim olunan cavabların təfərrüatlarını təhlil edəcək və əsas nəticələrini açıqlayacaqdır. 
Bu informasiyadan istifadə edərək, müəyyənləşdiririk biz harada kollektiv lobbiçilik etməklə daha yaxşı nəticələr əldə edə bilərik, hökumət və ya beynəlxalq icmada.
Biz borc yükünün asanlaşdırılması üzrə tədbirlərin, maliyyə dəstəyinin və daha çox yoxsul ölkələrə yardım göstərilməsinin qlobal koordinasiyasına Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, G7 və G20 daxil olmaqla, çoxtərəfli təşkilatlar vasitəsilə təsir göstəririk. Burada daha çox işlər görülməlidir, çünki virusun bütün bölgələrə təsirini müşahidə edirik. Qeyri-formal iqtisadiyyatda çalışan işçilərə və səhiyyə sistemi zəif olan ölkələrə risklər, həmçinin qlobal təchizat zəncirinin işçiləri üçün iqtisadi tənəzzülün nəticələri, ümumiyyətlə bütün işləyən insanların həyatında fəlakətli sonluqlara səbəb olacaq.
28 Aprel işçilərin matəm günü COVİD-19 və əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı işçilərin əsaslı tələblərinə həsr olunacaq. Hansı ki, BƏT-in fundamental standartı kimi tanınmalıdır - işdə pandemiyanı dayandırın.
Mayın 1-də biz yeni sosial müqavilənin əsası kimi iş yerləri, gəlirlər və ümumi sosial müdafiə tələb edəcəyik. İndi bu qlobal testdir, qlobal pandemiyaya nəzarət etmək üçün Dünya Sosial Müdafiə Fondu hamını əhatə etməlidir.
İşçilərin təhlükəsizliyi, gəlirləri və iş yerlərini dəstəkləmək üçün davamlı səyləriniz münasibətilə sizi təbrik edirəm. Viruslar da həmrəylik kimi sərhəd tanımır.
Təhlükəsiz qalın, sağlam olun və əllərinizi yuyun
Şaran Barrou 
BHİK-in Baş katibi