Beynəlxalq təşkilatlar ticarət sazişi ilə bağlı tələbləri irəli sürüblər


Baxıldı : 78

Tarix : 2019-08-30 16:53:30


İndustriALL Qlobal İttifaqı və “Global Union”un Asiya və Sakit Okean bölgəsi üzrə liderləri 29-30 avqustda Yaponiyanın Tokio şəhərində bir araya gəliblər. Toplantının əsas məqsədi ölkələr arasında qapalı qapılar arxasında müzakirə olunan yeni nəsil ticarət sazişinin işçilərə və cəmiyyətə təsiri ilə əlaqədardır. Həmkarlar İttifaqları sərbəst ticarət razılaşmasının hamı üçün fayda verməsini və danışıqlar zamanı beynəlxalq həmkarlar təşkilatları ilə məsləhətləşmə aparılmasını tələb edir.

Asiya və Sakit Okean bölgəsində daha dərin liberallaşmanı tələb edən Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RHİT) razılaşması ölkə iqtisadiyyatının, demək olar ki, bütün sahəsinə təsir göstərir.  16 ölkəni və dünya əhalisinin yarısını əhatə edən RHİT razılaşması bu ilin sonuna qədər nəticələnəcək.

Toplantıda:

- hökumətlərin ikitərəfli və ya regional ticarəti deyil, çoxtərəfli ticarət növünü seçməsi;

- sazişdə əmək hüquqlarının BƏT-in konvensiyalarına uyğun hazırlanması;

-  danışıqların şəffaf və əhatəli olması;

- hökumətin  sənaye siyasətinə nəzarəti öz əlində saxlaması;

- şirkətlərə qazanclarını məhdudlaşdıran qanunlar tətbiq edildikdə ölkələri məhkəməyə vermə imkanı verən qanunun ləğv edilməsi;

- hökumətin rəqəmsal iqtisadiyyatı tənzimləmək  hüququnun təsdiqi;

- dərman preparatlarına qoyulmuş məhdudiyyətin ticarət razılaşmalarından çıxarılması;

- ölkələrin yerli sənayeni  qorumaq üçün ticarət vasitələrindən istifadə etmək imkanı;

- dövlət satınalmalarının hökumətin sənaye siyasəti əsasında aparılması və s. tələblər müzakirə olunaraq müvafiq qurumlara təqdim olunub.

İndustriALL Qlobal İttifaqı məsələyə diqqət çəkmək üçün tədbirlər planına əsasən aksiyalar təşkil olunacağını qeyd edib.