Beynəlxalq təşkilatlara müraciət


Baxıldı : 95

Tarix : 2017-06-02 21:48:46


Nepal hökuməti xaricdə çalışan vətəndaşları ilə bağlı rəsmi açıqlama verib. Açıqlamada 17 Nepal vətəndaşının müxtəlif ölkələrdə ölüm hökmü ilə cəzalandığı, 43 nəfərin ömürlük, 239 nəfərin isə 50 ilə yaxın həbsə məhkum olunduğu bildirilib. Ölkənin Nazirlər Kabinetinin xarici işlər üzrə müşavirinin hazırladığı raporta əsasən, Hindistan istisna olmaqla digər ölkələrin həbsxanalarında 318 nepallı qeydiyyatdadır. Onlar əsasən narkotik ticarəti, oğurluq, insan alveri, təcavüz, qeyri-qanuni spirtli içki hazırlanması və sair cinayətlərdə təqsirləndiriliblər. Nazırlər Kabinetinin açıqlamasında həbs olunan immiqrant nepallıların 32 ölkədə işlədiyi qeyd edilib. Bildirilib ki, ən çox Nepal vətəndaşının həbs olunduğu ölkələr Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin, Tailand, Şri Lanka, Pakistan, Sinqapurdur. Bir müddət əvvəl isə Malaziyada 500-ə yaxın Nepal vətəndaşı ölkəsinə geri qayıdarkən saxlanılıb. Lakin haqlarında hələ də hər hansı hökm verilməyib.

Nepalın Nazirlər Kabineti Beynəlxalq Həmkarlar İttfaqları Konfederasiyasına müraciət edərək xaricdə çalışan vətəndaşlarının hüquqlarını müdafiə etməyə, onlara verilən hökmlərin ləğvi üçün müəyyən işlər görməyə çağırıb.

Cavid SƏFƏROV