Beynəlxalq təşkilatlardan hökumətə müraciət


Baxıldı : 51

Tarix : 2017-08-18 23:32:04


İndoneziyanın Qərbi Papua ərazisində yerləşən ABŞ-a məxsus "Freeport-McMoRan" şirkətinin işlətdiyi "Qraberq" mis mədəninin 4 minə yaxın işçisi ilə rəhbərlik arasında  anlaşılmazlıq yaranıb. Bir sıra beynəlxalq həmkarlar ittifaqı təşkilatı hökumətə işçilərin tələblərinin qarşılanması üçün müraciət edib. Təşkilatlar çalışanların tətil etdiyi üçün işdən çıxarıldığına, mədən işçilərinin sosial təminatının yetərli dərəcədə təşkil olunmadığına, tibbi sığortanın onların ailələrinə şamil edilməməsinə etiraz ediblər.

İnşaaat, Meşəçilik, Mədən Sənayesi və Enerji İşçiləri Həmkarlar İttifaqının Avstraliya üzrə nümayəndəsi Andev Vikers məsələ ilə bağlı deyib ki, mədənin yerləşdiyi ərazinin

 kənarda olması burada çalışanların uşaqlarını təhsildən uzaq salır: "Şirkət rəhbərliyi isə bu yöndə hər hansı bir tədbir görmür. Tibbi sığorta təminatında çatışmazlıqlar insan ölümünə səbəb olub. Son bir ildə 10 nəfər müalicə olunub xəstəxanadan çıxarıldıqdan sonra dünyasını dəyişib".

Həmkarlar ittifaqı təşkilatları hökuməti "Qrasberq"də çalışanların hüquqlarını qorumağa, təhsil və tiblə bağlı yaranan çətinliyin aradan qaldırılması, işdən azad olunanların əvvəlki vəzifəsinə qaytarılması yönündə lazımi addımları atmağa çağırıb.

Cavid SƏFƏROV