Beynəlxalq təşkilatların mükafatları təqdim olundu


Baxıldı : 40

Tarix : 2017-11-10 22:35:34


Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin direktoru Elxan Orucova "Avia" Beynəlxalq Həmkarlar İttifaqı Təşkilatının 20 illik yubiley döş nişanını təqdim etdi. B.Yusifov E.Orucovu bu münasibətlə təbrik etdi və dedi ki, layiq görüldüyünüz mükafat Müstəqil Dövlətlər Birliyinin aviasiya təhlükəsizliyi sahəsində xüsusi nailiyyətlər qazanan əməkdaşların əməyinin fərqləndirilməsi məqsədilə təsis olunmuşdur. Döş nişanının təsisçisi olan beynəlxalq təşkilat Azərbaycanda aviasiyanın təhlükəsizlik tələblərinə tam cavab verdiyi haqqında kifayət qədər dolğun məlumata malikdir. Yaxşı bilirlər ki, respublikamızda hava limanlarında yeni texniki nailiyyətlər tətbiq edilir. Beynəlxalq terrorizmlə mübarizədə qabaqlayıcı addımlar atılır. Əməliyyat şəraiti daim təhlil olunaraq qiymətləndirilir. Bu tədbirlərin həyata keçirilməsində Elxan müəllim müstəsna əmək sərf edir.

E.Orucov  əməyinə beynəlxalq səviyyədə göstərilən diqqətdən məmnun olduğunu söylədi. Buna görə respublika həmkarlar ittifaqına təşəkkürünü bildirdi. Dedi ki, bu döş nişanı bütövlükdə idarəmizin kollektivinin uğurlarına verilən qiymətin təzahürüdür: "Biz bundan sonra da aviasiya sisteminin təhlükəsizliyinin təmin olunmasına nail olacağıq".