Beynəlxalq turnirdə 4 medal qazanıblar


Baxıldı : 56

Tarix : 2017-12-15 21:37:40


Dekabrın 8-dən 10-dək Qazaxıstanın Aktau şəhərində gənclər arasında sərbəst və  qadın güləşi üzrə beynəlxalq turnir keçirilib.  Turnirdə millimizin heyətində "Zenit" İdman Cəmiyyətinin 6 idmançısı da yer alıb. Onlardan dördü mükafatçılar sırasına düşməyi bacarıb. Üç qızıl və bir bürünc medal qazanan güləşçilərimiz yarışa məşqçi-müəllim Cavid Qurbanzadənin rəhbərliyi altında hazırlaşıblar.

Gənclər arasında sərbəst güləş üzrə yarışda Əlihəsən Əmirli ( 46 kq.), Fuad Mayılov ( 85 kq.) və Riyad Aslanov (50 kq.) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvin Dünyamalıoğlu ( 63 kq.) isə üçüncü yerlə kifayətlənməli olub.

Azər MUSTAFAYEV