Beynəlxalq turnirdə fərqlənib


Baxıldı : 116

Tarix : 2018-05-12 03:34:05


Mərakeşdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

Yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir. Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 7 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar. Yarışın yüksək mükafatını qazanan idmançılar arasında “Atilla” İdman Klubunun yetirməsi də var. Klubun cüdoçusu Yaqub İsmayılzadə 90 kq. çəki dərəcəsində mübarizəyə qoşulub və  bütün rəqiblərinə qalib gələrək çempion olub.

 

Azər Mustafayev