Beynəlxalq turnirdə iki medal qazanıblar


Baxıldı : 51

Tarix : 2019-11-25 05:02:07


Noyabrın 8-10-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində taekvondo üzrə “Tbilisi open” beynəlxalq turniri keçirilib. Turnirdə iştirak edən “Zenit” İdman Cəmiyyətinin yetirmələri Mircəfər Cabbarov (33 kq.) və Gülnur Musazadə (27 kq.) gümüş medal qazanıblar.

Taekvondoçular yarışa məşqçi-müəllim Ramil Həsənovun rəhbərliyi altında hazırlaşıblar.