Beynəlxalq turnirdə iştirak ediblər


Baxıldı : 84

Tarix : 2017-07-07 22:20:47


30 iyun-04 iyul tarixlərində Belarus Respublikasının Minsk şəhərində  Hava Hərəkəti idarələrinin  aviadispetçerləri və xidməti işçilər arasında futbol üzrə 7-ci beynəlxalq açıq turnir keçirildi. Turnirdə  Rusiya, Polşa, Litva, Qazaxıstan və Belarus respublikalarının komandaları ilə yanaşı, "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (HHİ) futbol komandası da iştirak edirdi.

8 komandanın mübarizə apardığı yarışın sonunda birinci və ikinci yerləri Rusiyanın Jukovsk və Krasnoyarsk şəhərlərinin Hava Hərəkətinin İdarə edilməsi üzrə aviadispetçerlərin komandaları tutdu. "Belaeronaviqasiya" üçüncü, "Azəraeronaviqasiya"nın komandası isə dördüncü oldu.

Bundan əlavə, "Azəraeronaviqasiya" HHİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri komandanın rəhbəri timsalında futbolun inkişafında göstərdiyi xidmətə görə xatirə hədiyyəsi ilə təltif edildi.

Azər MUSTAFAYEV