Beynəlxalq Valyuta Fondu: Azərbaycan regionun ən varlı ölkəsidir


Baxıldı : 216

Tarix : 2018-05-26 00:39:25


Beynəlxalq Valyuta Fondu Azərbaycanı Cənubi Qafqazın ən varlı ölkəsi, Ermənistanı isə kasıb ölkəsi elan edib.

Bu faktı təsdiqləyən məlumatlar Beynəlxalq Valyuta Fondunun (BVF) növbəti hesabatında əksini tapıb. Alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) əsas maddə kimi götürüldüyü hesabatda dünya ölkələrinin iqtisadi göstəriciləri verilib.

Hesabatda ölkələr adambaşına düşən ÜDM-lərə görə sıralanıb. Belə ki, Azərbaycanda bu göstərici 18,04 min dollar təşkil edir. Ermənistanda isə adambaşına düşən ÜDM 9,4 min dollar təşkil edir. İşğalçı ölkə reytinq cədvəlində 113-cü yerdə qərarlaşıb. Bu göstərici Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir.