Beynəlxalq yarışda iştirak edəcəklər


Baxıldı : 77

Tarix : 2017-06-21 21:38:07


26 mart - 5 iyun tarixində Respublika Şahmat Mərkəzində 8, 10, 12 yaşadək uşaqlar arasında şahmat üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda paytaxtla yanaşı, bölgələri təmsil edən 72 nəfər idmançı (onlardan 36 nəfəri qızlardır) iştirak edib. Beynəlxalq dərəcəli hakim Azər İbrahimovun rəhbərliyi ilə yarışlar 11 turdan ibarət dairəvi sistem üzrə təşkil olunub.

Qaliblərə müvafiq dərəcəli diplomlar  və pul mükafatları təqdim edilib.

Azərbaycan birinciliyində iştirak edən Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubu İctimai Birliyinin yetirmələri  Zərifə Abbasova 9,5 xalla 8 yaşadək qızlar arasında, Cahandar Azadəliyev isə 9,0 xalla 8 yaşadək oğlanlar arasında ikinci yeri tutublar. Read Səmədov 9,5 xalla 10 yaşadək oğlanlar arasında birinci olub.

Yekun nəticələrə əsasən, uşaqlar arasında hər yaş qrupunda birinci yeri tutan şahmatçılar bu ilin 21 - 31 avqust tarixində Braziliyanın Poços de Caldas şəhərində keçiriləcək dünya birinciliyində, ikinci yeri tutan şahmatçılar bu ilin 4 - 15 sentyabr tarixində Rumıniyanın Mamaia şəhərində keçiriləcək Avropa birinciliyində təmsil olunacaqlar.

Azər MUSTAFAYEV