Bəzi peşələrə tələbatın olmaması


Baxıldı : 128

Tarix : 2019-08-09 17:38:59


15 milyona yaxın rusiyalı peşələrinə tələbatın olmaması səbəbi ilə işini itirə bilər. URA.ru saytı bildirib  ki, bu barədə Rusiya Dövlət Dumasının Əmək və Sosial Siyasət Məsələləri üzrə Komitəsinin üzvü Oleq Şeyn açıqlama  verib. O qeyd edib ki, 15 milyona yaxın insan xüsusi ixtisas tələb etməyən  peşələrlə məşğul olur. Bunlara təhlükəsizlik və xidmət sektorunda çalışanları və sürücüləri aid etmək olar. Bütün dünyada xidmət sektorunda çalışanlar öz  iş yerlərini itirirlər. Banklar kütləvi şəkildə işçi heyətini ixtisar edir. Və mağazalarda kassir xidmətinin son texnologiya ilə təminatı kassirlərin işlərini itirməsinə gətirib çıxarır. Ən çox tələb təhsil və tibb sahələrində çalışanlara olacaq.

Ekspertlərin araşdırmasına görə, 2030-cu ilə qədər 57 peşəyə tələb olmadığından çalışanlar işini itirəcək. 186 yeni peşə meydana çıxacaq.

Cavid SƏFƏROV