Bilik yarışmasının qalibləri


Baxıldı : 172

Tarix : 2020-02-07 13:41:34


Fevralın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Könüllülər ili” və Gənclər Gününə həsr olunmuş bilik yarışması keçirilib. Yarışda müxtəlif dövlət qurumlarının könüllülərindən ibarət 13 komanda iştirak edib.

Yarış “Xəmsə” formatında üç mərhələdən ibarət olub və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıb.

Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Gənclər və İdman Nazirliyinin “Gənclər” komandası birinci, Xarici İşlər Nazirliyinin “Diplomatiya könüllüləri” ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Könüllü DOST” üçüncü, Dövlət Turizm Agentliyinin “Turizm könüllüləri” dördüncü yeri tutub. Həvəsləndirici mükafata isə Dövlət Gömrük Komitəsinin “Gömrükçü könüllülər”i layiq görülüb.

Qalib komandalara mükafatları Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev təqdim edib.