Bilmək istəyirəm ki, 65 yaşı tamam olan, lakin 70 yaşa kimi bir il-bir il müqavilə ilə işləyən işçilərin əməkhaqqından 0,5% işsizlik sığortası tutulurmu? Tutulursa, bu nə dərəcədə doğrudur?


Baxıldı : 72

Tarix : 2019-07-01 06:55:07


Bilmək istəyirəm ki, 65 yaşı tamam olan, lakin 70 yaşa kimi bir il-bir il müqavilə ilə işləyən işçilərin əməkhaqqından 0,5% işsizlik sığortası tutulurmu? Tutulursa, bu nə dərəcədə doğrudur?

 

Bəhram XƏLİLOV,

Ağdam rayonu.

 

- “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə işçinin əməkhaqqının 0,5 faizi miqdarında müəyyən edilmişdir.

Sığortaolunan dedikdə qeyd olunan Qanunun tələbləri baxımından Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər, işçi dedikdə isə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür.

Göründüyü kimi, Qanunda “yazılı əmək müqaviləsi bağlayaraq” ifadəsi işlədilir. Bu müqavilənin müddətli və ya müddətsiz olmasından söhbət getmir.

Odur ki, əmək müqaviləsi ilə çalışan işçilərin hamısının əməkhaqqının 0,5 faizi işsizlikdən sığorta haqqı kimi ödənilir.